P

Cards (62)

  • Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır
  • Şaxsiyyat müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müayyan istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır
  • İnsan, fərd, şəxsiyyətfərdiyyət anlayışları bir-biri ilə müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz
  • Ən geniş anlayış «insan» anlayışıdır. Həm fərd, həm şəxsiyyət, həm də fərdiyyət eyni zamanda insandır
  • İnsan həyata insan kimi gəlir. İnsan dölünün genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur
  • Yeni doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək imkanı yaradır, beyinin strukturu intellektin inkişaf imkanını təmin edir, əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə prespektivləri yaradır
  • Körpənin insan nəslinə aidliyi təsdiq olunur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır
  • «Fərd» anlayışında insanın növə mənsubluğu öz əksini tapır. Hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda insandır
  • Yeni doğulmuş uşaq da, ağlını itirmiş səfeh şəxsiyyət hesab olunmur. Bir fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir
  • Hər bir şəxsiyyət cəmiyyətdə yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək imkanına malik olur
  • Fərdiyyət insanın temperamentinin, xarakterinin əlamətlərində, adətlərində, qabiliyyətlərində, anlayışında, deyilənlərində, kimliyində, ünsiyyətində, aşkar etdiyi fəallıqlarda və s. da ifadə olunur
  • Fərdiyyət və şəxsiyyət anlayışlarını eyniləşdirmək mümkün deyil, onlar yalnız vəhdət təşkil edirlər
  • Şəxsiyyətin psixoloji strukturu:
    • İnsanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir: inikas, ünsiyyət, fəaliyyət
    • Şəxsiyyətin strukturunda idrak prosesləri əsasında və aşağıdakı yarımstrukturları, komponentləri qeyd olunur
  • Şəxsiyyətin istiqaməti:
    • Dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraqları, əqidə və idealları, adət ənənələri, ideya və praktik yönəlişlik sistemi daxildir
    • Yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur
  • Şəxsiyyətin hazırlıq səviyyəsi:
    • Şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir
  • Şəxsiyyətin imkanlarını müəyyənləşdirən qabiliyyətlər sistemindən ibarətdir
  • Şəxsiyyətin həyatda qazandığı davranış forması, yəni xarakteri
  • Şəxsiyyətin mənliyi, özünü dərk edib anlama və öz davranışını nizama salma hökmranlığı
  • Şəxsiyyətin fəallığı və istiqaməti:
    • Şəxsiyyətin fəallığı və onu təmin edən amillər
    • Şəxsiyyətin davranışını təmin edən amilləri təhlil etmək üçün formul: B=F (P, E)
  • Psixodinamik istiqamət:
    • Şəxsiyyətin davranışı yalnız fərdin daxili subyektiv psixoloji xassələri ilə əlaqələndirilir və izah olunur
    • Sosial mühitin rolu nəzərə alınmır
  • Sosiodinamik istiqamət:
    • Şəxsiyyətin davranışı xarici mühitin təsiri ilə bağlanır
    • Şəxsiyyətin daxili xassələrinə əhəmiyyət verilmir
  • İnteraksionistik istiqamət:
    • Şəxsiyyətin davranışı, fəallığı daxili və xarici amillərin qarşılıqlı təsiri ilə bağlanır
    • Psixoloqlar şəxsiyyətin fəallığının mənbəyinin tələbatlardan ibarət olduğunu irəli sürür
  • Tələbat:
    • Obyektiv ehtiyacı əks edən psixi hadisə
    • İnsan və heyvan tələbatları biolojisosial/mənəvi xarakter daşıya bilər
  • Tələbatların ödənilməsi yeni tələbatlar doğurur
    • Tələbatlar insanın dərk olunmuş ehtiyacları ilə bağlıdır
    • İnsan tələbatları bir-birindən fərqlənir və dərk olunmuş ehtiyacların ödənilməsi ilə əlaqədar fəallaşma baş verir
  • Təbii tələbatlar:
    • Fərdin yaşayışını və nəslini davam etdirmək üçün şərait və ehtiyacların inikası əsasında yaranır
    • Misal ola bilər: qida, təmizlik, istirahət
  • Mədəni tələbatlar:
    • Sosial qruplarda mövcud mədəniyyətin psixi inikası nəticəsində yaranır
    • Fərd cəmiyyət daxilində sosiallaşma prosesi ilə mədəni tələbatları ödəyir
  • Tələbatlar insanın əbəd və maddi dünyasına, onun psixoloji və mənəvi məsələlərinə, həvəs və s. aid edirlər
  • Motivlər insanı fəaliyyətə təhrik edən səbəblər, başqa sözlə motivlər rolunu oynayır
  • Motivlər bir-birindən onlarda təzahür edən tələbatların növünə, kəsb etdiyi formalara, genişliyinə və ya məhdudluğuna görə fərqlənir
  • Fəaliyyətin mürəkkəb növləri bir motivə deyil, eyni vaxtda bir necə təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir
  • Motivləşmə elə motivlər birliyidir ki, şəxsiyyətin istiqamətini, yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir
  • Maraqlar insanın idrak tələbatlarının emosional təzahürləridir
  • Maraqların insanın həyat və fəaliyyətində rolu böyükdür
  • Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur
  • Maraqların fizioloji əsasını bələdləşmə-tədqiqat refleksləri təşkil edir
  • Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır
  • Maraqları məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif etmək olar
  • Maraqların əhəmiyyətlilik dərəcəsi məzmununun nə dərəcədə düzgün seçilməsindən asılı olur
  • Məqsədinə görə maraqlar vasitəsiz va vasitəli ola bilir
  • Maraqların genişliyi və dərinliyi insanın şəxsiyyətini formalaşdırır