Onurğa beyni

Cards (49)

  • Onurğa beyni - lat, medulla spinalis. Yun, myelos. Onurğa kanalında yerləşir.
  • Onurğa beyni böyük dəlik vasitəsi ilə beyinlə birləşir.
  • Onurğa beyninin yuxarı hüdudu piramid (uzunsov beyin) çarpazı və ya 1-ci boyun sinirinin çıxan yeri, skeletə görə atlasın yuxarı kənarı bərabərliyində yerləşir.
  • Onurğa beyninin aşağı hüdudu I-II bel fəqərələri səviyyəsində qurtarır və nazikləşərək onurğa beyni konusu - conus medullaris adlanır.
  • Onurğa beyni konusundan aşağıya istiqamətlənən, onurğa beyninin rudimenti hesab olunan hüdudi sap - filum terminale uzanır və II büzdüm fəqərəsi səviyyəsində qurtarır.
  • Onurğanın hərəkəti zamanı onurğa beyni yuxarıya doğru yerini dəyişir. Yəni, onurğa beyni onurğa kanalında hərəkətli fiksasiya olunur.
  • Onurğa beyninin fiksasiya aparatına onurğa beyninin yumşaq qişasından əmələ gəlmiş dişli bağlar - ligg. denticulata, onurğa beyni sinirlərinin ventraldorsal kökləri, sərthörümçək torunabənzər qişalar, uzunsov beyin, hüdudi sap, damar və sinirlər aiddir.
    A) denticulate
  • Onurğa beyninin topoqrafik nisbətdə boyun hissəsi - pars cervicalis, döş hissəsi - pars thoracicabel hissəsi - pars lumbalis vardır.
  • Onurğa beyninin boyun və bel hissələrində qalınlaşmaları vardır: boyun qalınlaşması - intumescentia cervicalisbel-oma qalınlaşması - intumescentia lumbosacralis. Qalınlaşmaların formalaşması ətrafların inkişafı ilə sıx əlaqədardır.
  • Quruluşca onurğa beyni 2 maddədən: xaricdə maddə - substantia alba, daxildə boz maddədən - substantia grisea təşkil olunmuşdur.
  • Onurğa beyninin ön, arxa2 yan səthləri vardır.
  • Onurğa beyninin ön səthində yerləşən ön orta yarıq - fissura mediana anterior, arxa səthində yerləşən arxa orta şırım - sulcus medianus posterior vasitəsilə 2 simmetrik hissəyə bölünür.
  • Yan səthlərin üzərində ön orta yarığa və arxa orta şırıma paralel olaraq ön yan şırım - sulcus lateralis anteriorarxa yan şırım - sulcus lateralis posterior yerləşir.
  • Onurğa beyninin ağ maddəsi şırımlar vasitəsilə ön, yanarxa ciyələrə bölünür.
  • Ön ciyə - funiculus anterior, ön orta yarıqla ön yan şırım arasında; yan ciyə - funiculus lateralis, ön yan və arxa yan şırımlar arasında; arxa ciyə - funiculus posterior, arxa yan şırımla arxa orta şırım arasında yerləşir.
  • Arxa ciyə boyun və yuxarı (I-IV) döş seqmentləri nahiyəsində arxa ara şırım - sulcus intermedius posterior vasitəsilə bayır pazabənzər dəstə - fasciculus cuneatus və içəri nazik dəstə - fasciculus gracilis adlanan dəstələrə ayrılır.
    A) Sulcus intermedius posterior
    B) Fasciculus gracilis
    C) Fasciculus cuneatus
  • Onurğa beyninin boz maddəsi onun hər yarısında ön sütun - columna ventralisarxa sütun - columna dorsalis əmələ gətirir.
  • Sağ və sol yarıda olan boz maddələr mərkəzi ara maddə - substantia intermediocentralis vasitəsilə birləşmişdir. Onun mərkəzində sinir borusu mənfəzinin kaudal hissəsinin qalığı mərkəzi kanal - canalis centralis yerləşir.
  • Mərkəzi kanal vasitəsi ilə mərkəzi ara maddə ventral və dorsal hissələrə ayrılır və ön boz bitişmə - comissura grisea anteriorarxa boz bitişmə - comissura grisea posterior adlanır.
  • Mərkəzi kanalın aşağı ucu büzdüm siniri köklərinin arasında genişlik - uc mədəcik - ventriculus terminalis əmələ gətirir.
  • Ön boz sütun kəsikdə ön buynuz - cornu anterius, arxa boz sütun kəsikdə arxa buynuz - cornu posterius adlanır.
  • Onurğa beyninin VIII boyun, I-XII döş, I-III bel seqmentlərində mərkəzi ara maddənin yanlara çıxması nəticəsində yan buynuz - cornu laterale əmələ gəlir.
  • Arxa buynuzun əsası (kökü) - radix cornus posterioris, boynu - cervix cornus posterioris, başı - caput cornus posterioris, zirvəsi - apex cornus posterioris vardır.
  • Arxa buynuzun mərkəzində yerləşən sinir hüceyrələri onun xüsusi nüvəsini təşkil edir. Arxa buynuzun əsasında VIII boyun və II bel seqmentləri arasında döş nüvəsi - nucl. thoracicus yerləşir.
  • Arxa buynuzun zirvəsi jelatinəbənzər maddə - substantia gelatinosa ilə əhatə olunmuşdur. Burada yerləşən kiçik sinir hüceyrələri öz çıxıntıları vasitəsilə onurğa beyninin müxtəlif məsafədə yerləşən seqmentlərini bir-birilə rabitələndirir.
  • Jelatinəbənzər maddə arxa tərəfdən süngəri məntəqə - zona spongiosa qliya toru ilə əhatə olunur və tərkibindəki sinir hüceyrələrinin çıxıntıları iki qonşu seqment arasında rabitə yaradır.
  • Süngəri məntəqə arxa tərəfdən hüdudi məntəqə - zona terminalis ilə əhatə olunmuşdur.
  • Onurğa beyni
    A) terminalis
    B) spongiosa
    C) gelatinosa
    D) proprius
    E) thoracicus
    F) intermediolateralis
  • Onurğa beyninin yan buynuzları kiçik sinir hüceyrələrindən təşkil olunmuş ara-bayır nüvə - nucl. intermediolateralis adlanan simpatik sinir sisteminin mərkəzi hissəsindən ibarətdir.
  • Onurğa beynində ara-bayır nüvədən başqa, qeyri-iradi proprioseptiv impulsların aparıcı yolunun ikinci neyronu sayılan ara-içəri nüvə - nucl. intermediomedialis vardır.
  • Onurğa beyninin boz maddəsi sinir liflərindən əmələ gəlmiş xüsusi dəstələr - fasciculi proprii ilə əhatə olunur.
  • Ön buynuzda yerləşən hüceyrələrin aksonları onurğa beyninin ön-yan şırımından xaric olur və onurğa beyni sinirlərinin ön (hərəki) kökünü - radix anterior əmələ gətirir.
  • Arxa kök - radix posterior arxa-yan şırımdan onurğa beyninə daxil olur.
  • Arxa kökün üzərində olan onurğa beyni düyünlərinin periferik çıxıntıları fəqərəarası dəliklərdə ön köklə birləşir və hər tərəfdə 1 əd onurğa beyni siniri - n. spinalis əmələ gəlir.
  • 31 cüt onurğa beyni siniri var: 8 cüt boyun, 12 cüt döş, 5 cüt bel, 5 cüt oma, 1 cüt büzdüm siniri.
  • Onurğa beyninin sinirləri tərkibcə qarışıq sinirlərdir.
  • Onurğa beyninin aparıcı yolları: ağ maddədə onurğa beyninin seqmentlərini birləşdirən assosiativ liflər, ön ciyələri bir-biri ilə birləşdirən və ciyə liflərinin orta xətdə çarpazlaşmasından əmələ gələn ağ bitişmə - comissura alba, ciyələrin tərkibində olan qalxan - afferent və enən - efferent liflər.
  • Onurğa beyni seqmenti = cüt onurğa beyni sinirləri, onları əmələ gətirən ventral və dorsal köklər, dorsal kökə aid spinal qanqlion, bu köklərə müvafiq onurğa beyninin boz maddəsi, onları əhatə edən xüsusi dəstələr, hüdudi məntəqə lifləri
  • Onurğa beyni 31 seqmentdən ibarətdir: 8 boyun, 12 döş, 5 bel, 5 oma, 1 büzdüm.
  • Onurğa beyninin üzəri 3 qişa ilə örtülüdür: xaricdə sərt qişa - dura mater, onun altında hörümçək torunabənzər qişa - arachnoidea, onun da altında yumşaq qişa - pia mater.