Uc beyin

Cards (63)

  • Uc beyin qovuğu - telencephalon
  • Telencephalondan inkişaf edir: beyin yarımkürələri (hemisphera cerebri), görmə qabaraltının ön (görmə) hissəsi (pars optica hypotalami), döyənək cismi (corpus callosum), ön bitişmə (comissura anterior)
  • Uc beyin qovuğu boşluğunun qalığını yan mədəciklər təşkil edir.
  • Beyin yarımkürələrini təşkil edir: çəpkən (pallium), qoxu beyni (rhinencephalon), qabıqaltı nüvələr (nucll. subcorticales)
  • Beyin yarımkürələri dərin boylama yarıq vasitəsilə bir-birindən ayrılır.
  • Hər yarımkürənin 3 səthi var: yuxarı-bayır (superiolateralis), içəri (medialis), əsası - aşağı səthi (inferior)
  • Hər yarımkürənin yuxarı-bayır səthi çıxıq, içəri səthi yastıdır.
  • Yuxarı kənar - yarımkürələrin yuxarı-yan səthini içəri səthdən ayırır.
  • İçəri kənar - yarımkürələrin aşağı səthini içəri səthdən ayırır.
  • Aşağı kənar - aşağı səthi yuxarı-yan səthdən ayırır.
  • Çəpkənin üzəri beyin qabığı (boz maddə) ilə örtülmüşdür. Kütləsi əsasən ağ maddədən təşkil olunur. Ağ maddə daxilində qabıqaltı nüvələr yerləşir. Bu nüvələr uc beynin kötüyünü (truncus telencephali) əmələ gətirir.
  • Alın payı çəpkənin ön hissəsində yerləşir.
  • Alın payı mərkəzi şırım vasitəsilə təpə payından ayrılır.
  • Mərkəzi şırımın istiqaməti içəridən bayıra və önə doğrudur. Bayır şırıma çatmır.
  • Alın payı bayır şırım vasitəsilə gicgah payından ayrılır.
  • Alın payı içəri səthdə mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt vasitəsilə təpə payından ayrılır.
  • Bayır şırım ön dəliklənmiş maddədən başlayır, çəpkənin bayır səthi ilə arxaya və nisbətən yuxarıya doğru gedir, ön və qalxan şaxələrə bölünür.
  • Alın payının yuxarı-bayır səthi üzərində mərkəzi şırımdan öndə mərkəzönü şırım, ona perpendikulyarsagittal yarığa paralel yuxarı və aşağı alın şırımları yerləşir.
  • Mərkəzönü qırışıq mərkəzi və mərkəzönü şırımlar arasında olur.
  • Yuxarı alın qırışığı boylama yarıqla yuxarı alın şırımının arasında yerləşir.
  • Orta alın qırışığı yuxarı və aşağı alın şırımları arasında olur.
  • Aşağı alın qırışığı aşağı alın şırımı ilə bayır şırımın arasında, beynin aşağı səthində olur.
  • Aşağı alın qırışığı bayır şırımın qalxan və ön şaxələri ilə 3 hissəyə ayrılır: qapaq hissə (pars opercularis), üçbucaq hissə, gözyuvası hissəsi. Qapaq hissə - qalxan şaxədən arxada, üçbucaq hissə - qalxan şaxə ilə ön şaxə arasında, gözyuvası hissəsi - ön şaxədən aşağıda yerləşir.
  • Alın payının gözyuvası hissəsinin üzərində beynin boylama yarığına paralel qoxu şırımı var. Burda qoxu soğanağı, ondan bayırda H hərfinə oxşar gözyuvası şırımları yerləşir. Qoxu şırımı ilə boylama yarıq arasında düz qırışıq, gözyuvası şırımları arasında gözyuvası qırışıqları yerləşir.
  • Təpə payə çəpkənin yuxarı səthinin orta hissəsində yerləşir.
  • Təpə payı arxada köndələn ənsə şırımı, içəri səthdə təpə-ənsə şırımı ilə ənsə payından, bayır şırımla gicgah payından ayrılır.
  • Təpə payının yuxarı-bayır səthində mərkəzi şırımdan arxada, ona paralel mərkəzarxası şırım, bu şırımdan sagittal istiqamətdə arxaya doğru təpədaxili şırım gedir.
  • Mərkəzarxası qırışıq mərkəzi şırımla mərkəzarxası şırım arasında olur.
  • Yuxarı təpə paycığı boylama yarıq ilə təpədaxili şırım arasında yerləşir.
  • Aşağı təpə paycığı təpədaxili şırımla beynin bayır şırımının arasında olur. 2 qırışığa ayrılır: kənarüstü qırışıq (gyrus supramarginalis) və bucaq qırışığı (gyrus angularis)
  • Ənsə şırımı ön tərəfdə təpə-ənsə şırımıköndələn ənsə şırımı vasitəsilə təpə payından ayrılır.
  • Ənsə payı təpə daxili şırımın arxa ucunu bayır şırımın arxa ucu ilə birləşdirən xəyali xətlə gicgah payından ayrılır.
  • Ənsə payı yuxarı və bayır ənsə şırımları vasitəsilə yuxarı və bayır ənsə qırışlarına bölünür.
  • Gicgah payı yuxarıda bayır şırım vasitəsilə alın və təpə paylarından, arxa tərəfdə təpədaxili şırımın arxa ucunu bayır şırımın arxa ucu ilə birləşdirən xəyali xətt vasitəsilə ənsə payından ayrılır.
  • Gicgah payı çəpkənin bayır aşağı hissəsində yerləşir.
  • Gicgah payının üzərində olan şırımlar: yuxarı gicgah şırımı, aşağı gicgah şırımı, ənsə-gicgah şırımı, dolama şırım (sul. collateralis)
  • Ənsə-gicgah və dolama şırımlar gicgah payının əsas (aşağı) səthində yerləşir.
  • Yuxarı gicgah qırışığı bayır şırımla yuxarı gicgah şırımının arasında yerləşir. Bu qırışığın bayır şırıma baxan səthi köndələn şırımlar (sulci temporalis transversi) vasitəsilə köndələn gicgah qırışıqlarına bölünür.
  • Orta gicgah qırışığı yuxarı və aşağı gicgah şırımlarının arasında olur.
  • Aşağı gicgah qırışığı aşağı gicgah və ənsə-gicgah şırımları arasında olur.